Ucnoqta.az
www.ucnoqta.az

Qazax sakini həmkəndlisi tərəfindən bıçaqlanıb

00:12 - 12 Aprel 2021 tarixində dərc olunub.
Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Şıxlı kəndində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Məmmədov Zaur Seyfəddin oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat olunub, vəziyyətin kafi olduğu bildirilib. Məlumata görə, 37 yaşlı kişini mübahisə zəminində həmkəndlisi bıçaqlayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Müəllif: