Ucnoqta.az
www.ucnoqta.az

Polkovnik-leytenant daxili işlər orqanlarından <font color=red><b>XARİC EDİLDİ</b></font>

14:09 - 10 Aprel 2021 tarixində dərc olunub.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov polis polkovnik-leytenantını xidmətdən qovub.

Ucnoqta.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, nazirin əmri ilə Gəncə şəhər Nizami Rayon Polis İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Şükürov Siyavuş Bəylər oğlu orqandan xaric edilib.

S.Şükürovun xidmətdə yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarından xaric edildiyi bildirilir.

Hüquq-mühafizə orqanlarından məlumatı “Qafqazinfo”ya təsdiqləyiblər.

Müəllif: