Ucnoqta.az
www.ucnoqta.az

Bakıda gəmidə baş vermiş <font color=red><b>yanğın söndürülüb</b></font>

11:44 - 10 Aprel 2021 tarixində dərc olunub.
Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində yanalma körpüsündə doğranmaqda olan gəmidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Bu barədə FHN-dən bildirilib. Əlavə məlumat veriləcək.

10:33

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində yanalma körpüsündə doğranmaqda olan gəmidə yanğın olması barədə məlumat daxil olub.

Ucnoqta.az-ın Nazirliyin saytına istinadən xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Müəllif: