Ucnoqta.az
www.ucnoqta.az

Qazaxda bir ailənin 4 üzvü qidadan zəhərlənib

20:31 - 9 Aprel 2021 tarixində dərc olunub.

Qazax rayonunda 4 nəfər qidadan zəhərlənib.

"Report"un məlumatına görə, hadisə rayonun Xanlıqlar kəndində qeydə alınıb.

Belə ki, bir ailənin 4 üzvü zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onların qidadan zəhərləndiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: