Ucnoqta.az
www.ucnoqta.az

Astarada yük maşını aşıb, <font color=red><b>sürücü ölüb</b></font>

13:02 - 9 Aprel 2021 tarixində dərc olunub.

Astara rayonunda yol qəzası olub.

Hadisə rayonun Siyəkü kəndində baş verib.

Belə ki, mişar daşı ilə dolu olan “KamAZ” markalı yük maşınının sürücüsü, rayonun Vaqo kənd sakini, 1964-cü il təvəllüdlü Sahil Səfərəli oğlu Vəliyev yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə yük maşını aşıb, sürücü S.Vəliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: