Ucnoqta.az
www.ucnoqta.az

Rusiya ABŞ-a raket mühərrikləri satacaq

08:30 - 9 Aprel 2021 tarixində dərc olunub.
“Enerqomaş” şirkətinin baş direktoru İqor Arbuzov, mövcud müqavilə çərçivəsində RD-180 raket mühərriklərinin son partiyasının ABŞ-a nə zaman göndəriləcəyini aşıqlayıb. Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir. Onun sözlərinə görə, mühərriklər ixrac üçün tam hazırdır: “Lakin pandemiya səbəbindən texnikanın göndərilməsi alınmayıb. Amma bu il ərzində göndərəcəyik”. Qeyd edək ki, bu il Rusiya ABŞ-a altı mühərrik göndərməyi planlaşdırır. Ümumilikdə 1999-cu ildən Rusiyadan Amerikaya 116 raket mühərriki ixrac edilib. Onlardan 99-u artıq istifadə olunub.
Müəllif: