Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda daha 4 dövlət əmlakı özəlləşdirilib

14:10 - 8 Aprel 2021 tarixində dərc olunub.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil olunan növbəti hərracda 4 dövlət əmlakı özəlləşdirilib.

Nazirlikdən verilən məlumata görə, özəlləşdirilən kiçik dövlət müəssisə və obyektləri Bakı şəhərində yerləşir. Hərracda, həmçinin “Daşkəsən Kəndkimya” ASC-nin dövlətə məxsus səhm paketi də satılıb.

Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytından tanış olmaq olar. 

Müəllif: