Ucnoqta.az
www.ucnoqta.az

Gürcüstanda daha 761 nəfərdə COVID-19 aşkarlanıb

12:05 - 8 Aprel 2021 tarixində dərc olunub.

Gürcüstanda son sutkada daha 761 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 9 pasiyent vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 286 406-ya, ölənlərin sayı 3 849-a yüksəlib.

Son 24 saat ərzində sağalanların sayı 537 nəfər artaraq 276 084 olub.

Müəllif: