Ucnoqta.az
www.ucnoqta.az

Milli komandaların reytinq siyahısı açıqlanıb - <font color=red><b>Azərbaycan gerilədi</b></font>

16:33 - 7 Aprel 2021 tarixində dərc olunub.

FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Qol.az qurumun saytına istinadən xəbər verir ki, Azərbaycan millisi hazırda 110-cu sırada qərarlaşıb. Komanda ötən ayla müqayisədə 2 pillə geriləyib. DÇ-2022-nin seçmə mərhələsində millimizin rəqibi olan Portuqaliya 5-ci, Serbiya 25-ci, İrlandiya 47-ci, Lüksemburq isə 98-ci, qrupda qeyri-rəsmi yer alan Qətər isə 58-ci yerdədir.

İlk üçlükdə müvafiq olaraq Belçika, Fransa və Braziliya qərarlaşıb.

Müəllif: