Ucnoqta.az
www.ucnoqta.az

Şəkidə iki "VAZ-2107" toqquşub - <font color=red><b>xəsarət alan var</b></font>

19:00 - 5 Aprel 2021 tarixində dərc olunub.

Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Salman Mümtaz küçəsində qeydə alınıb.

Belə ki, Şəki rayon sakini Xəzər Nəbiyevin idarə etdiyi "VAZ-2107" markalı avtomobil Aləm Süleymanovun sükanı arxasında olduğu "VAZ-2107" markalı avtomobillə toqquşub. Nəticədə Aləm Süleymanov və daha bir sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: