Ucnoqta.az
www.ucnoqta.az

Çexiyada iki qatar toqquşub - <font color=red><b>ölən var</b></font>

21:00 - 4 Aprel 2021 tarixində dərc olunub.

Çexiyada iki yük qatarı toqquşub.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə nəticəsində qatarların sürücülərindən biri yaralanıb, digəri isə yerindəcə ölüb.
Ölən sürücünün qatarına propan-butan qazı yükləndiyindən qəza zamanı zərbənin gücündən alov başlayıb.

Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb.
Yaralı sürücü xəstəxanaya yerləşdirilib.
Hazırda qəzanın başvermə səbəbləri araşdırılır. 

Müəllif: