Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda 84 yaşlı kişi özünü asıb

16:06 - 28 Mart 2021 tarixində dərc olunub.

Sumqayıt şəhərində 84 yaşlı kişi intihar edib.

Hadisə şəhərin 76-cı məhəlləsində qeydə alınıb. Belə ki, şəhər sakini 1937-ci il təvəllüdlü Hüseynov Sərdar Zeynal oğlu özünü yaşadığı mənzildə asıb. İntiharın səbəbləri bilinmir. Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, S. Hüseynov tək yaşayırmış.///Apa

Müəllif: