Ucnoqta.az
www.ucnoqta.az

Zaqatalada "Nissan" beton maneəyə çırpılıb, <font color=red><b>ölən var</b></font>

10:34 - 28 Mart 2021 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Zaqatala rayonu ərazisində “Nissan” markalı minik avtomobilinin yol kənarındakı beton maneəyə çırpılması barədə məlumat daxil olub.

FHN-dən Ucnoqta.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1987-ci il təvəllüdlü İsmayılov Camal Əfəndi oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: