Ucnoqta.az
www.ucnoqta.az

Gürcüstanda daha 490 nəfərdə koronavirus aşkarlanıb

11:01 - 27 Mart 2021 tarixində dərc olunub.

Gürcüstanda son sutkada daha 490 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 219 nəfər müalicə olunaraq sağalıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə hazırkı dövrədək COVID-19-a yoluxanların sayı 279 936-ya, sağalanların sayı 271 804-ə çatıb.

Son 24 saat ərzində virusun yaratdığı ağırlaşmalar səbəbindən vəfat edənlərin sayı 8 nəfər artaraq 3 746 olub.

Müəllif: