Ucnoqta.az
www.ucnoqta.az

Pakistan nüvə başlığı daşıya bilən ballistik raketi sınaqdan keçirib

19:06 - 26 Mart 2021 tarixində dərc olunub.

Pakistan bu gün nüvə başlığı daşıya bilən "Shaheen-1А" qısa mənzilli ballistik raketi sınaqdan keçirib.

Trend xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrindən məlumat veriblər.
Məlumata əsasən, sınaqdan keçirilən ballistik raketin mənzili 900 kilometr təşkil edir. Uzunluğu 12 metr olan raket 1 ton ağırlığında hərb başlığı daşıya bilir.

Sınaqların uğurlu bitməsi ilə əlaqədar Pakistanın prezidenti Arif Alvi və baş nazir İmran Xan hərbçiləri təbrik edirblər.

Müəllif: