Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda ödəmə terminalından oğurluq edilib

12:43 - 25 Mart 2021 tarixində dərc olunub.
Sumqayıtda ödəmə terminalından oğurluq etmək istəyən şəxslər tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, ötən gün Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisində “Milli ön” ödəmə terminallarının birindən qapının qıfılını sındırmaq yolu ilə oğurluğa cəhd göstərilib. Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri H.Quluzadə və F.Məmmədov müəyyən edilərək saxlanılıblar. Araşdırma aparılır.
Müəllif: