Ucnoqta.az
www.ucnoqta.az

Salyanda zəncirvari qəza, <font color=red><b>bir nəfər öldü</b></font>

21:10 - 23 Mart 2021 tarixində dərc olunub.

Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Ələt-Astara yolunun rayonun Yenikənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Pikap” tipli avtomobil əvvəlcə “Azsamand”la, sonra isə digər avtomobillə toqquşub.

Zəncirvari qəza nəticəsində Lənkəran şəhər sakini, 1966-cı il təvəllüdlü Əsədov Yunsur İnsaf oğlu ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: