Ucnoqta.az
www.ucnoqta.az

Kürdəmirdə avtomobil su kanalına aşıb, <font color=red><b>ölən və yaralananlar var - Foto</b></font>

13:26 - 23 Mart 2021 tarixində dərc olunub.

Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ2106" markalı avtomobilin sürücüsü Bakı istiqamətində hərəkət edərkən, qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb. Hadisə zamanı 1 nəfər ölüb, 4 nəfər isə müxtəlif dərəcədə bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: