Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə iki avtomobil toqquşub - <font color=red><b>2 nəfər xəsarət alıb</b></font>

20:14 - 22 Mart 2021 tarixində dərc olunub.

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan "Nissan" markalı minik maşını ilə "Daewoo" markalı yük maşını toqquşub.
Qəza zamanı minik maşınında olan iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.///Apa

Müəllif: