Ucnoqta.az
www.ucnoqta.az

Şəmkirdə <font color=red><b>DƏHŞƏT:</b></font> 17 yaşlı gənc özünü güllələyərək öldürüb

09:14 - 21 Mart 2021 tarixində dərc olunub.

Şəmkirdə intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Kənd sakini, 17 yaşlı Əhmədov Vüqar Adil oğlunun güllə yarasından öldüyü ehtimal edilən meyti tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Məlumata görə, 17 yaşlı gənc özünü güllələyib. Faktla bağlı araşdırma aparılır.

Müəllif: