Ucnoqta.az
www.ucnoqta.az

Masallıda avtomobil piyadanı vuraraq öldürüb

12:20 - 20 Mart 2021 tarixində dərc olunub.

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, martın 19-da saat 23 radələrində Masallı rayonunun Qəriblər kəndi ərazisində hələki müəyyən edilməmiş avtomobillə yolu keçən Allahyarlı kənd sakini İ.İsrafilov vurulub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Masallı RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Müəllif: