Ucnoqta.az
www.ucnoqta.az

Şirvanda yol qəzası olub - <font color=red><b>Foto</b></font>

14:44 - 19 Mart 2021 tarixində dərc olunub.

Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

“Ford” markalı yük avtomobili əks istiqamətə dönmək istəyən zaman “Mercedes” markalı avtomobil arxa hissəsinə çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da “Mercedes” markalı avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: