Ucnoqta.az
www.ucnoqta.az

Sabirabadda sünnət edilən körpə qanaxmadan öldü

14:41 - 18 Mart 2021 tarixində dərc olunub.

Sabirabadda faciəvi hadisə baş verib.

“Report”un xəbərinə görə, Sabirabad şəhərində bir aylıq Necati Əmrə sünnət edilərkən güclü qanaxma baş verib.
Qanaxmanın qarşısını almaq mümkün olmadığından körpə vəfat edib.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Müəllif: