Ucnoqta.az
www.ucnoqta.az

Sağlamlıq imkanları məhdud uşaqlarin məktəbində müəllim şagirdi döydü

11:28 - 18 Mart 2021 tarixində dərc olunub.

Bakıda Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində müəllim şagirdi döyüb.

“Report”un xəbərinə görə, şagirdi döydüyü bildirilən 55 yaşlı Q.Qasımov adlı müəllimlə bağlı Nərimanov rayon 16-cı Polis Bölməsində araşdırmalara başlanılıb.

Məsələyə internat məktəbi hələ ki, münasibət bildirməyib.

Müəllif: