Ucnoqta.az
www.ucnoqta.az

Çempionlar Liqasının 1/4 finalçıları müəyyənləşib

09:00 - 18 Mart 2021 tarixində dərc olunub.

Futbol üzrə Çempionlar Liqasının 1/4 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

Turnirin son dörddəbir finalçıları da məlum oldu. İngiltərənin "Çelsi" komandası iki oyun nəticələrinə görə İspaniyanın "Atletiko" klubunu məğlub etdi (1:0, 2:0), Almaniyanın "Bavariya" klubu isə İtaliyanın "Latsio" komandasını keçib (4:1, 2:1).

Bundan əvvəl 1/4 final mərhələsinə İngiltərənin "Liverpul", "Mançester Siti", Portuqaliyanın "Porto", Fransanın PSJ, İspaniyanın "Real Madrid" və Almaniyanın "Borussia Dortmund" komandaları yüksəlib.

Dörddəbir final cütləri 19 mart tarixində keçiriləcək püşkatma nəticəsində müəyyənləşəcək.

Müəllif: