Ucnoqta.az
www.ucnoqta.az

"Ermənistanın məsuliyyətsiz davranışı qınağa səbəb olmalıdır" - <font color=red><b>Hikmət Hacıyev</b></font>

08:20 - 18 Mart 2021 tarixində dərc olunub.

"Ermənistanın Azərbaycanın azad edilmiş torpaqlarında kütləvi şəkildə yerləşdirdiyi minalar mülki insanları öldürür, şikəst edir və ətraf mühitə zərər vurur".

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində yazıb.

"Ermənistan minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etməkdən imtina edir. Ermənistanın məsuliyyətsiz davranışı ciddi qınağa səbəb olmalıdır", - Azəbaycan Prezidentinin köməkçisi qeyd edib.

Müəllif: