Ucnoqta.az
www.ucnoqta.az

Biləsuvarda yol qəzası olub, <font color=red><b>xəsarət alan var </b></font>

18:48 - 16 Mart 2021 tarixində dərc olunub.

Biləsuvar rayonunda yol qəzası baş verib.

Hadisə Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə qeydə alınıb.

Belə ki, "VAZ-2106" və "VAZ-2107" markalı iki minik avtomobili toqquşub. Nəticədə xəsarət alan sürücülərdən biri, Cəbrayıl rayonunun Nüzgar kənd sakini, 1974-ci il təvəllüdlü Əliyev Yalçın İbrahim oğlu xəsarət alıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: