Ucnoqta.az
www.ucnoqta.az

Aquero “Barselona” ilə razılaşdı

19:42 - 15 Mart 2021 tarixində dərc olunub.

“Mançester Siti”nin argentinalı hücumçusu Serxio Aquero “Barselona”ya keçməyə yaxındır. 

Lent.az xarici mediaya istinadla bildirir ki, 32 yaşlı futbolçu yayda Kataloniya klubu ilə 2 illik müqavilə imzalayacaq.

Xatırladaq ki, Aqueronun İngiltərə klubu ilə müqaviləsi yayda başa çatacaq. O, “Mançester Siti”yə 2011-ci ildə Madridin “Atletiko” klubundan keçib. 

Müəllif: