Ucnoqta.az
www.ucnoqta.az

Cəlilabadda mikroavtobus aşıb - <font color=red><b>ölən var</b></font>

13:04 - 15 Mart 2021 tarixində dərc olunub.

Martın 13-də Cəlilabad rayonunun Günəşli kəndi ərazisində Astara rayon sakini F.Əzimov idarə etdiyi “Mercedes” markalı mikroavtobusu aşırıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, avtomobildəki sərnişinlərdən biri – N.Süleymanov hadisə yerində ölüb, digər iki sərnişin xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: