Ucnoqta.az
www.ucnoqta.az

Goranboy sakini şirniyyatdan zəhərlənib

08:37 - 15 Mart 2021 tarixində dərc olunub.
Goranboy sakini şirniyyat məhsulundan zəhərlənib. APA-nın məlumatına görə, hadisə gecə saatlarında Veyisli kəndində baş verib. 1974-cü il təvəllüdlü kənd sakini Həsənova Sevda Murad qızı qida zəhərlənməsi səbəbilə xəstəxanaya çatdırılıb. Məlumata görə, o, qidalandığı zaman həm də dükandan aldığı şirniyyat məhsulları yeyib və bundan sonra halı pisləşib.
Müəllif: