Ucnoqta.az
www.ucnoqta.az

Bakıda avtomobilində tapança və qumbara gəzdirən şəxs saxlanılıb - <font color=red><b>Foto</b></font>

15:19 - 13 Mart 2021 tarixində dərc olunub.

Suraxanı Rayon Polis İdarəsinin 30-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Hövsan qəsəbəsində idarə etdiyi avtomobildə silah-sursat saxlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinidən Ucnoqta.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı qəsəbə sakini Fuad Lazımov idarə etdiyi “Saipa” markalı nəqliyyat vasitəsi ilə birlikdə tutulub.

Onun avtomobilinə baxış zamanı 1 ədəd tapança və 1 ədəd alışqanı ilə birlikdə “F1” qumbarası aşkar olunaraq götürülüb.

Faktla bağlı 30-cü Polis Şöbəsində toplanan materiallar Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir

Müəllif: