Ucnoqta.az
www.ucnoqta.az

Balakəndə fərdi ev yandı

23:49 - 12 Mart 2021 tarixində dərc olunub.

Balakən rayonunun Sarıbulaq kəndində fərdi yaşayış evində yanğın baş verib.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 90 m² olan birmərtəbəli evin 1 otağının yanar konstruksiyaları 30 m² sahədə və dam örtüyü 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: