Ucnoqta.az
www.ucnoqta.az

YAP-da Qadınlar Şurası ləğv edildi

11:52 - 11 Mart 2021 tarixində dərc olunub.

Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurası ləğv edilib.

Faktı partiyadan Trend-ə təsdiq ediblər. Bildirilib ki, Qadınlar Şurasının ləğv edilməsi ilə bağlı qərar partiyanın VII növbədənkənar qurultayında verilib. Qadınlar Şurasının yerinə YAP-da yeni struktur yaradılacaq. 

Bu strukturun şöbə kimi fəaliyyət göstərəcəyi nəzərdə tutulur.

Müəllif: