Ucnoqta.az
www.ucnoqta.az

AFFA Ukraynada oynayan daha bir futbolçunu milliləşdirir

18:30 - 8 Mart 2021 tarixində dərc olunub.

Ukraynanın “Mariupol” klubunun yarımmüdafiəçisi Eldar Quliyev Azərbaycan millisinə çağırıla bilər.

Trend xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Bildirilib ki, AFFA əslən azərbaycanlı olan Quliyevi gənclərdən ibarət yığmaya çağırılması üçün milliləşdirmək niyyətindədir.

Assosiasiya bununla bağlı 18 yaşlı oyunçuya dəvət göndərib və futbolçu fikirləşmək üçün vaxt istəyib.

Müəllif: