Ucnoqta.az
www.ucnoqta.az

Suriya Prezidenti və birinci xanım koronavirusa yoluxub

16:57 - 8 Mart 2021 tarixində dərc olunub.

Suriya prezidenti Bəşər Əsəd və xanımı Əsma koronavirus virusuna yoluxduqlarını söyləyiblər.

APA bildirir ki, bu barədə RİA Novosti Suriya prezidentinin administrasiyasına istinadən məlumat yayıb:

“Prezident Bəşər Əsəd və xanımı Əsmanın koronavirusla bağlı verdikləri testin cavabı müsbət çıxıb”.

Bəşər Əsəd və həyat yoldaşının vəziyyətinin yaxşı, stabil olduğu qeyd edilir.

Müəllif: