Ucnoqta.az
www.ucnoqta.az

Abşeronda iki avtomobil toqquşdu, xəsarət alan var

22:15 - 4 Mart 2021 tarixində dərc olunub.

Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1981-ci il təvəllüdlü Mehraliyev Zahid Abdulla oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.///report

Müəllif: