Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 13 yaşlı qız itkin düşüb- <font color=red><b>Foto</b></font>

19:00 - 4 Mart 2021 tarixində dərc olunub.

Bakıda 13 yaşlı qız itkin düşüb.

Bu barədə yeniyetmənin yaxınları sosial şəbəkədə məlumat paylaşıb.
Bildirilib ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan Dünyamalızadə Aleksandra dünən axşam saat 21:00 – 22:00 radələrində evdən çıxıb və geri qayıtmayıb.

Onu görən şəxslərdən yaxınlıqdakı polis bölməsinə müraciət etmələri xahiş olunur.
A.Dünyamalızadənin əynində şəkildə gördüyünüz paltarlar olub.

Müəllif: