Ucnoqta.az
www.ucnoqta.az

Levandovski həftənin futbolçusu seçildi

18:20 - 26 Fevral 2021 tarixində dərc olunub.

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.

"Report" xəbər verir ki, bu ada azarkeşlər arasında aparılan səsverməyə əsasən Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski layiq görülüb.

33 yaşlı polşalı hücumçu İtaliyada "Latsio"nu 4:1 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib.///report

Müəllif: