Ucnoqta.az
www.ucnoqta.az

Zaqatalada avtomobil 3 piyadanı vurub

19:29 - 21 Fevral 2021 tarixində dərc olunub.

Zaqatalada üç piyadanı minik avtomobili vurub.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Zaqatala-Qax avtomobil yolunda baş verib.

Şəki rayon sakini, 1997-ci il təvəlldlü Murad Vüqar oğlu İsayev, Zaqatala rayonu Yeni Suvagil kənd sakinləri 2001-ci il təvəllüdlü Turan Murad oğlu Musayev və 1996-cı il təvəllüdlü Nail Kənan oğlu Eyvazov minik avtomobili tərəfindən vurulub. Qəza zamanı xəsarət alan  piyadalar  Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Piyadaların vəziyyətlərinin orta-ağır olduğu və müalicələrinin xəstəxanada davam etdirildiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Müəllif: