Ucnoqta.az
www.ucnoqta.az

Bakıda gənci avtomobil vurub

10:45 - 20 Fevral 2021 tarixində dərc olunub.

Bakının Nərimanov rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Əliyar Əliyev küçəsində baş verib.
1989-cu il təvəllüdlü İmanov Şamil Vüqar oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt Nərimanov Rayon Polis İdarəsində araşdırılır.

Müəllif: