Ucnoqta.az
www.ucnoqta.az

Qarabağda erməni gənclər bir-birini bıçaqlayıb, ölən var

13:15 - 18 Fevral 2021 tarixində dərc olunub.

Tərtər rayonunun Ağdərə qəsəbəsinin ermənilər yaşayan hissəsində gənclər arasında baş verən bıçaqlanma nəticəsində bir nəfər ölüb.

Məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, iki nəfər arasında mübahisə düşüb. Tərəflərdən biri o birini mətbəx bıçağı ilə bıçaqlayıb. Nəticədə 28 yaşlı gənc ölüb.

Hadisə ilə bağlı cinayət işi başlanılıb, məhkəmə-tibbi ekspertiza təyin edilib.///report

Müəllif: