Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan və Rusiya XİN rəhbərlərinin telefon danışığı olub

14:28 - 17 Fevral 2021 tarixində dərc olunub.

Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov və Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.

Trend-in Rusiya Xarici İşlər Nazirliyinə istinadən məlumatına görə, nazirlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvar 2021-ci ildə Moskvada əldə etdikləri razılaşmaların həyata keçirilməsini, həmçinin ikitərəfli və beynəlxalq gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər.

Müəllif: