Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə evdə partlayış olub- <font color=red><b>xəsarət alan var</b></font>

12:46 - 17 Fevral 2021 tarixində dərc olunub.

Gəncədə yaşayış evində partlayış olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün şəhər ərazisindəki yaşayış evlərindən birində qeydə alınıb.

Evdə baş verən partlayışa qaz sızmasının səbəb olduğu bildirilir. Nəticədə bir nəfər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: