Ucnoqta.az
www.ucnoqta.az

Bakıda oğurluq edən şəxsin boğazına zəncir bağlayıb videosunu çəkdilər- <font color=red><b>AÇIQLAMA- FOTO/VİDEO</b></font>

23:52 - 16 Fevral 2021 tarixində dərc olunub.

Bakıda oğurluq etməkdən şübhəli bilinən şəxsin boğazına zəncir bağlanılıb.

Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd edilir ki, yaşı təxminən 35-40 olan kişi mağazadan oğurluq edib. Lakin mağazanın sahibi həmin şəxsi tutub, boğazından zəncirlə bağlayaraq onun videosunu çəkib. Oğurluq edən şəxs hadisə vaxtı sərxoş olduğunu, həmin şəxsin onu bağışlamasını xahiş edib.

​Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti "Report"un sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkə seqmentlərində yayılan videogörüntülər araşdırılır:

"Hadisə Sabunçu rayonunda qeydə alınıb. Həmin şəxsin kimliyi müəyyən olunaraq, müvafiq polis orqanına dəvət olunub. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir".///report

Müəllif: