Ucnoqta.az
www.ucnoqta.az

Bakıda avtomobil qadını vurdu

09:50 - 15 Fevral 2021 tarixində dərc olunub.

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, yolu keçən 1963-cü il təvəllüdlü Həsənova Rahilə Abdulhəsən qızını avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: