Ucnoqta.az
www.ucnoqta.az

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

09:41 - 14 Fevral 2021 tarixində dərc olunub.
Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1999-cu il təvəllüdlü Sarıyev Abdulla Əhməd oğlu bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.
Müəllif: