Ucnoqta.az
www.ucnoqta.az

Bakıda xadimə işlədiyi evdən 15 min manatlıq qızıl oğurlayıb

09:25 - 13 Fevral 2021 tarixində dərc olunub.

Bakıda xadimə işlədiyi evdən oğurluq edib.

"Ölkə.Az" xəbər verir ki, Nəsimi rayon polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il noyabrın 5-də rayon ərazisindəki evlərin birindən 14 800 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən həmin evdə xadimə işləyən Bakı şəhər sakini X.Həsənova saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: