Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda 59 yaşlı qadın itkin düşüb - <font color=red><b>FOTO</b></font>

11:35 - 11 Fevral 2021 tarixində dərc olunub.

Sumqayıt şəhərində yaşayan 1962-ci il təvəllüdlü Təranə Bəylərova 2020-ci il dekabrın 20-də yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, evdən çıxarkən əynində göy rəngli qış gödəkcəsi, qara şalvar, ayağında çəkələk olub.

Onun əlamətləri belədir: Boyu təxminən 150 sm.,  ağ qısa saçlı, arıq bədən quruluşlu, gözləri şabalıdı rənglidir.

Şəkildə gördüyünüz qadını görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Sumqayıt Şəhər Polis İdarəsinə (+99418) 654-02-02 şəhər və (055) 277-20-07 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Müəllif: