Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>Misirdə ağır yol qəzası; </font>11 nəfər öldü<font color=red> - FOTO</font></b>

09:46 - 7 Fevral 2021 tarixində dərc olunub.

Misirdə iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Ucnoqta.az xəbər verir ki, hadisə fevralın 6-da El-Minya əyalətində qeydə alınıb. Bu barədə “Ria Novosti” məlumat yayıb.

Agentliyin məlumatına görə, hərəkətdə olan mikroavtobusla minik avtomobili toqquşub. Qəza nəticəsində 11 nəfər həlak olub. Ölənlərin arasında, ertəsi gün toyları olacaq cütlük də olub.

Bir neçə yaralı isə, hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla əlaqədar araşdırma aparılır.

 

Namiq Musayev

Müəllif: