Ucnoqta.az
www.ucnoqta.az

Bakıda qadın üçüncü mərtəbədən ev əşyalarını atdı - <font color=red><b>VİDEO</b></font>

12:32 - 5 Fevral 2021 tarixində dərc olunub.

Bakının Nizami rayonunun Özbəkistan küçəsində yerləşən yaşayış binalarından birində maraqlı hadisə yaşanıb.

Bir qadın yaşayış binasının üçüncü mərtəbəsindən ev əşyalarını atmağa başlayıb.

Hadisə şahidlərinin dediyinə görə, qadın qızıl-zinət əşyalarını, qab-qacaq, ütü kimi ev əşyalarını yola atıb.

Qadının hərəkətinin dəqiq səbəbi bilinmir. Ancaq hadisəyə məişət zəminində ailə daxili problemin səbəb olduğu güman edilir.///oxu.az

Müəllif: